Simsar.az | bizi özünüzə Simsar bilin
Əsgər Abdullayev istefa verdi

Futbol üzrə Unibank Premyer Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

Simsar.az-ın məlumatına görə, Əsgər Abdullayev Tovuzun “Turan” komandasını tərk edib. 

O, qərarını “Rəvan”la VII tur qarşılaşmasından sonra açıqlayıb. Tovuz təmsilçisinin 0:1 hesabı ilə uduzduğu görüşün ardından Abdullayev mətbuat konfransında deyib: “Heç bir suala cavab verməyəcəyəm. İstefa verirəm”.

Qeyd edək ki, Əsgər Abdullayevin “Turan”da yaranan maliyyə problemləri ilə əlaqədar istefa verdiyi bildirilir.

24 Sentyabr, 2011  02:46 Baxılıb: 1420

Bu bölmədə