BAKIYA UÇAN TƏYYARƏ MOSKVADA MƏCBURİ ENİŞ EDİB
Sankt-Peterburq-Bakı reysini həyata keçirən “Airbus-319” təyyarəsi sərnişinin həyatını xilas etmək üçün “Şeremetyevo-2” aeroportuna məcburi eniş edib Yerli vaxtla 13.30-da Pulkovo hava limanından havaya qalxaraq Bakıya doğru istiqamət götürən təyyarədə fors-major vəziyyət yaranıb. Təyyarə havada olan zaman sərnişinlərdən biri stüardessaya səhhətinin pisləşməsindən şikayətlənib, daha sonra huşunu itirib. Sərnişinə ilkin yardım göstərilib, ekipajın komandiri onun həyatını xilas etmək üçün ən yaxın hava limanına eniş etmək barədə qərar qəbul edib. Təyyarə havaya qalxdıqdan sonra bir saat on dəqiqə sonra “Şeremetyevo-2” aeroportuna məcburi eniş edib. Səhhəti pisləşən sərnişin xəstəxanaya aparılıb, digər sərnişinləri Bakıya aparmaq üçün Sankt-Peterburqdan “Şeremetyevo-2” hava limanına başqa bir təyyarə göndərilib.
24 Sentyabr, 2011 00:21 ⁄ Baxılıb: 1188
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |