Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN ORDUSUNDA DAHA BİR DƏHŞƏT

Əsgər tağım komandirini güllələdi

APA-nın xəbərinə görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Bu ilin yanvar ayında Şamaxı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Hüseynov Sarvan Vidadi oğlu xidməti silahdan açdığı atəşlə tağım komandiri, baş leytenant Balabəy Veysəlovu vurub. Nəticədə B. Veysəlov ağır güllə yarası alaraq hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

23 Sentyabr, 2011  22:25 Baxılıb: 3056

Bu bölmədə