Simsar.az | bizi özünüzə Simsar bilin
BAŞ HƏKİM VƏ MÜAVİNİ HƏBS EDİLDİ

İttihama görə, onlar əlillik dərəcələrində saxtakarlıq ediblər 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz Rayon Tibbi-Sosial Ekspert Komissiyasının iki əməkdaşı həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Tovuz Rayon Tibbi-Sosial Ekspert Komissiyasının baş həkimi Rəhim Məmmədov və onun müavini Əli Həsənov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Adıçəkilən şəxslərin əlillik dərəcələrinin təyin edilməsində ciddi qanun pozuntularına yol verdiyi bildirilir.

23 Sentyabr, 2011  17:41 Baxılıb: 1725

Bu bölmədə