Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur azərbaycanlı idmançı evlənir

Belarusda yaşayan milliyyətcə azərbaycanlı kikboksçu Zabit Səmədov bu gün ailə qurur.

Dostlarının Lent.az-a verdiyi məlumata görə, tanınmış idmançının toy mərasimi Rusiyanın paytaxtı Moskvadakı restoranlardan birində təşkil olunacaq. Səmədovun nikaha girdiyi xanım isə yaxın qohumlarındandır. Toyun Moskvada keçirilməsi idmançının dostlarından çoxunun orada yaşamaları ilə bağlıdır. Mərasimə Azərbaycandan da çoxlu dəvətli var. Onların arasında idmançılar, hətta iş adamlarının olduğu da bildirilir.


Qeyd edək ki, Zabit Səmədov 21 iyun 1984-cü ildə Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda anadan olub. O, 10 yaşında ikən ailəsi ilə birgə Belarusun paytaxtı Minskə köçüb. 2004-cü ildən K-1 döyüşlərinə qatılan Səmədov bir çox titul əldə edib. “Mauqli” ləqəbli idmançı döyüşlərə üzərində Belarus və Azərbaycan bayraqlarının təsviri olan geyimdə çıxır.

23 Sentyabr, 2011  03:53 Baxılıb: 2782

Bu bölmədə