Simsar.az | bizi özünüzə Simsar bilin
Polkovnik yaralandı

Qərərgah rəisi qəzaya düşüb

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, polkovnik Zaur Yusifov xidməti avtomobili ilə qəzaya düşüb. Nəticədə zabit ağır yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib. Hadisə baş verən zaman Z. Yusifovla birgə maşında əsgər də olub. Xoşbəxtlikdən əsgər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

22 Sentyabr, 2011  15:28 Baxılıb: 1082

Bu bölmədə