Simsar.az | bizi özünüzə Simsar bilin
HOLLANDİYA MƏHKƏMƏSİNDƏ PARTLAYIŞ

Hollandiyada məhkəmə binasına terror hücumu təşkil olunub

Hollandiyanın paytaxtı Amsterdamda yerləşən məhkəmə binalarından birinin qarşısında partlayış törədilib. Gecə baş verən partlayış nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Partlayış nəticəsində məhkəmə binasına ciddi ziyan dəyib. Verilən məlumatda bildirilir ki, partlayış baş verdikdən sonra iki nəfər motosikletlə hadisə baş verən ərazidən qaçıblar. Hadisə ilə bağlı polis işçiləri axtarışa başlayıb. Hollandiyanın ədliyyə naziri İvo Opstelt,baş vermiş partlayışı qəbul olunmaz və qorxunc adlandıraraq, dövlətə qarşı yönəlmiş bir hücum kimi xarakterizə edib.
Qeyd edək ki, qarşısında partlayış törədilən məhkəmə binasında bu günə kimi bir neçə nəfər tanınmış şəxslərin məhkəmə prosesləri keçirilib.

22 Sentyabr, 2011  00:54 Baxılıb: 822

Bu bölmədə