Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan futbolunda sıçrayış

Millimiz 14 pillə irəlilədi

Hazırda millimiz 359 xalla 98-ci yerdə qərarlaşıb. Belə böyük sıçrayışa komandamızın sentyabrın əvvəllərində keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında Bakıda Belçika ilə 1:1 hesablı heç-heçə, Qazaxıstanı isə 3:2 hesabı ilə məğlub etməsi səbəb olub.

Yığmamızın seçmə mərhələdəki rəqiblərində Almaniya 1290 xalla 3-cü pillədə qalıb. Türkiyə 754 xalla 3 pillə geriləyərək, 27-ci mövqeyə enib. Əvəzində 3 pillə irəliləyən Belçika 729 xalla 34-cüdür. Avstriya 9 pillə geriləyib. Millimizin növbəti rəqibi hazırda 442 xalla 77-cidir. Qazaxıstan isə 5 pillə geriləyib. Yığmamızın qalib gəldiyi komanda 198 xalla 131-ci pillədə qərarlaşıb. Noyabrın 11-də keçiriləcək yoldaşlıq görüşündə millimizi qəbul edəcək Albaniya isə 14 pillə geriləyərək, 474 xalla 71-ci mövqeyə enib.

Siyahının ilk pilləsində dəyişiklik baş verib. Dünya və Avropa çempionu İspaniya 1605 xalla liderliyi ələ keçirib. Dünya çempionatının finalçısı Hollandiya isə 1571 xalla 2-ci pilləyə enib.

Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 19-da açıqlanacaq.

21 Sentyabr, 2011  18:42 Baxılıb: 993

Bu bölmədə