Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan kəndləri atəş altında

Ermənilər atəşkəsi pozub

Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 18-də saat 09.15-dən 09.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, saat 17.23-dən 17.35-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09.40-dan 09.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 21.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

19 Sentyabr, 2011  14:33 Baxılıb: 921

Bu bölmədə