Simsar.az | bizi özünüzə Simsar bilin
ERMƏNİLƏR ATƏŞKƏSİ POZMAQDA DAVAM EDİR

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, düşmən qüvvələri sentyabrın 16-da saat 11.30-dan 11.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.50-dən 15.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 12.55-dən 13.10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 17-də saat 04.00-dan 04.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.30-dan 04.35-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.

17 Sentyabr, 2011  15:41 Baxılıb: 884

Bu bölmədə