Simsar.az | bizi özünüzə Simsar bilin
Prorektorun qətli ilə bağlı cinayət işi başlandı

Qəsdən adam öldürmə maddəsi ilə iş gedir

Yasamal rayon prokurorunun köməkçisi Fəridə Bəhramova məlumat verib. Onun sözlərinə görə, cinayət işi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Qeyd edək ki, məlum hadisə bu gün səhər saatlarında Şərifzadə küçəsi, 8 ünvanında qeydə alınıb. Həmin ünvanda naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əraziyə əməliyyat qrupu gəlib. Meyitə ilkin baxış keçirən ekspertlər onun şəxsiyyətinin müəyyən edə biliblər. Məlum olub ki, dünyasını dəyişən şəxs Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovdur.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin baş həkimi Namiq Məmmədov APA-ya açıqlamasında bildirib ki, meyiti tapılan Tariyel Əhmədovla bağlı ilkin ekspert rəyi artıq məlumdur. Onun sözlərinə görə, mərhumun meyitinin müayinəsi zamanı onun kəllə sümüyünün sınığı və başının müxtəlif nahiyələrində digər xəsarətlər aşkar edilib.

16 Sentyabr, 2011  18:40 Baxılıb: 1147

Bu bölmədə