Simsar.az | bizi özünüzə Simsar bilin
"Azəriqaz"dan oğurluq

Avadanlıqlar oğurlanıb

“Azəriqaz” İstehsalat Birliyinin Qobustan Qaz İstismar Sahəsinin qiymətli avadanlıqları oğurlanıb.

 Qaradağ rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, idarə rəhbərliyi məsələ ilə bağlı polisə məktub göndərib və oğruların tapılmasını istəyib. İlkin qiymətləndirilmə zamanı Qobustan Qaz İstismar Sahəsinə məxsus 6000 manat dəyərində qurğu və avadanlıqların oğurlanması təsdiqlənib. Hazırda oğurluğu törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

16 Sentyabr, 2011  17:13 Baxılıb: 938

Bu bölmədə