Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCANLI GENERALA QARŞI UKRAYNADAN AĞIR İTTİHAM

Rövşən Əkbərovun adı qətl işində hallanır

Ukrayna Prokurorluğu azərbaycanlı korpus komandirinə cinayt işi açılmasını tələb edir

2001-ci ildə Ukraynada qətlə yetirilən, azərbaycanlı iş adamı Elçin Əliyevin öldürülməsi ilə bağlı yeni məlumatlar var. Bu barədə “Bizim Yol”a açıqlamasında zərərçəkmişin nümayəndəsi, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Musa Rahim məlumat verib.
O bildirib ki, Ukrayna Prokurorluğunda aparılan araşdırma zamanı E.Əliyevin Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərov tərəfindən öldürülməsi müəyyən edilib. M. Rahimin sözlərinə görə, istintaq qətl olayı ilə bağlı gəldiyi nəticə barədə Azərbaycan Prokurorluğuna müraciət edib və R.Əkbərovun barəsində cinayət işinin başlanması ilə bağlı Ukrayna Prokurorluğu tərəfindən sorğu göndərilib.

16 Sentyabr, 2011  15:51 Baxılıb: 1322

Bu bölmədə