Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistanla cəbhə xəttində gərginlik

Düşmən susdurulub

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 15-də saat 20:50-dən 21:25-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 10:50-dən 11:05-dək, 11:00-dan 11:10-dək və 22:50-dən 22:54-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

16 Sentyabr, 2011  14:22 Baxılıb: 959

Bu bölmədə