Simsar.az | bizi özünüzə Simsar bilin
TƏYYARƏNİN AZƏRBAYCANA AİDİYYƏTİ YOXDUR

İşğal olunmuş ərazilərdə vurulan təyyarənin Azərbaycana aidiyyəti yoxdur - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi işğal olunmuş Əsgəran rayonu ərazisində vurulan pilotsuz hərbi təyyarənin Azərbaycana aid olduğunu təsdiqləməyib.

"İşğal olunmuş ərazilərdə yerə düşərək dağılan pilotsuz hərbi təyyarənin Azərbaycana heç bir aidiyyəti yoxdur", - Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.

Ermənistan mətbuatı çərşənbə günü Əsgəran rayonu ərazisində Azərbaycana məxsus pilotsuz təyyarənin vurulması ilə bağlı məlumat yayıb.

16 Sentyabr, 2011  01:15 Baxılıb: 841

Bu bölmədə