Simsar.az | bizi özünüzə Simsar bilin
Yol polisi qəza məlumatı yaydı

İlkin xəbər təsdiqini tapmadı

Baş Dövlət Yol Polisi İdarəsi 14 sentyabr 2011-ci il tarixdə Ağcabədi rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Simsar.az-ın idarənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 09:30 radələrində Yeni Qaradolaq kəndi ərazisində Xocalı rayon sakini 1964-cü il təvəllüdlü Nurməmmədov Yaqub Həsən oğlu idarə etdiyi “QAZ-53” markalı yük avtomobilini aşırıb.

Qəza nəticəsində sərnişinlər - Kəlbəcər rayon sakinləri 1960-cı il təvəllüdlü Hüseynova Gözəl Həsənalı qızı, 1965-ci il təvəllüdlü Bayramova Cəmilə Yusif qızı və Ağdam rayon sakini, 1975-ci il təvəllüdlü Rəcəbova Arzu Bayram qızı hadisə yerində ölüb. Xəsarət alan 2 nəfərə isə xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatda yaralıların sayının 17 olduğu bildirilsə də, bu məlumat təsdiqini tapmayıb.

15 Sentyabr, 2011  22:22 Baxılıb: 940

Bu bölmədə