Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilərə 20 tank hədiyyə olundu

General Manvel Qriqoryan bunu müstəqillik əlaməti olaraq edib

Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə “Yerkrapa” Könüllüləri İttifaqının sədri, general Manvel Qriqoryan müstəqillik əlaməti olaraq Ermənistana xaricdə istehsal edimiş 20 tank hədiyyə edib.

 Simsar.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qraparak” qəzeti yazıb.
Qəzet yazır ki, Qriqoryan öz əhatəsində olan insanlara bildirib ki, ailə üzvlərinin əmin-amanlığı naminə o, bu tanklara böyük miqdarda pul sərf edib.
Qeyd edək ki, Qriqoryanın tankları necə əldə etdiyi və Ermənistana hansı yolla gətirdiyi məlum deyil.

15 Sentyabr, 2011  21:44 Baxılıb: 1045

Bu bölmədə