Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyənin sabiq daxili işlər naziri həbsdə

Mehmet Ağar 5 illik cəza aldı

Ankara 11-ci Ağır Cəza Məhkəməsi Susurluk işi ilə əlaqədar mühakimə olunan sabiq daxili işlər naziri, Dorğu Yol Partiyasının və Demokrat Partiyasının sabiq rəhbəri Mehmet Ağarın 5 il müddətində azadlıdan məhrum edilməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, müdafiə tərəfinin qərardan apellyasiya şikayəti verməsi üçün bir həftə vaxtı var. Məhkəmə Mehmet Ağarı cəzanın bir hissəsindən azad etdiyinə görə, o, üç il həbsdə yatacaq.

Qeyd edək ki, Mehmet Ağar mütəşəkkil cinayət dəstə yaratmaq maddəsi ilə ittiham olunub.

15 Sentyabr, 2011  21:24 Baxılıb: 932

Bu bölmədə