Simsar.az | bizi özünüzə Simsar bilin
Teatr mövsümünün təntənəli açılışına hazırlıq

Tamaşaçılar sentyabrın 20-dən sonra tədbirin şahidi olacaqlar

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycan teatrının 139-cu mövsümünün təntənəli açılış mərasiminin sentyabrın 20-dən sonra keçirilməsi qərara alınıb: “Qərara gəldik ki, bu il mövsüm açılışını yeni əsaslı təmir olunmuş Mingəçevir Dövlət Dram Teatrının qarşısında keçirək. Bu tarix hələ tam dəqiqləşməsə də, sentyabrın 20-dən sonrası üçün nəzərdə tutulur. Amma buna baxmayaraq istər paytaxt, istərsə də bölgə teatrları sentyabrın 17-dən başlayaraq artıq tamaşa nümayişinə başlayacaqlar”. Bu mövsümün teatrlar üçün yaddaqalan olacağını qeyd edən nazir bildirib ki, təntənəli açılış mərasimi üçün maraqlı proqram nəzərdə tutulur.

15 Sentyabr, 2011  20:36 Baxılıb: 1067

Bu bölmədə