Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN ZABİTİ YARALANDI

Qabil Abdullayevi erməni Fizulidə vurub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun leytenantı yaralanıb.
Hərbi mənbədən Trend-ə verilən verilən məlumata görə, Fizuli rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində leytenant Abdullayev Qabil Abdulla oğlu güllə yarası alıb. O hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə faktı təsdiq edib və bildirib ki, zabitin vəziyyəti stabildir.

15 Sentyabr, 2011  18:42 Baxılıb: 1272

Bu bölmədə