Simsar.az | bizi özünüzə Simsar bilin
Təhsil nazirinin 3 müavini işdən çıxarıldı

Təhsil Nazirliyində ciddi kadr dəyişikliyi baş verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Lent.az-a bildirib ki, 3 nazir müavini - İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova işdən azad olunub.

Son məlumatlara görə, nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yeri isə hələlik boşdur.

15 Sentyabr, 2011  00:02 Baxılıb: 1110

Bu bölmədə