Simsar.az | bizi özünüzə Simsar bilin
ERMƏNİLƏR PİLOTSUZ TƏYYARƏMİZİ VURUB?

Erməni tərəfi "hə" deyir, Müdafiə Nazirliyi isə susur

Ermənistan silahlı qüvvələri Azərbaycana məxsus pilotsuz kəşfiyyat təyyarəsini vurublar. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Armenia Today" saytı xəbər verib.

Saytın yazdığına görə, qondarma Dağlıq Qarabağın "müdafiə nazirliyi"nin mətbuat katibi bildirib ki, hadisə sentyabrın 12-də saat 7:30 radələrində baş verib.

Hadisənin təfərrüatı məlum deyil.

Azərbaycan Müdafiə Nazirliyindən hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

14 Sentyabr, 2011  19:51 Baxılıb: 944

Bu bölmədə