Simsar.az | bizi özünüzə Simsar bilin
Əsgərlərin düşdüyü qəza barədə rəsmi məlumat

Hadisənin necə baş verdiyi bir daha bilindi

Sentyabrın 13-də saat 07.00 radələrində Abşeron rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Rafiq Bayramov, Pərvin Əsgərov və Kərim Xankişiyev vurulub.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış piyadalar xəstəxanaya yerləşdirilib.

P.Əsgərov orada ölüb. Digərlərinin vəziyyətləri isə ağırdır. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Mersedes" markalı avtomaşının sürücüsü Cəbrayıl rayon sakini Anar İsmayılov saxlanılıb.

Qeyd edək ki, ölən şəxs Xüsusi Dövlət Mühafizə xidmətinin əsgəri, yaralananlar isə zabit və digər hərbi qulluqçudur.

14 Sentyabr, 2011  18:26 Baxılıb: 963

Bu bölmədə