Simsar.az | bizi özünüzə Simsar bilin
"Barselona" bir aylıq İnyestasız qaldı

Futbolçu ayağından zədələnib

İspaniyanın “Barselona” klubunun futbolçusu Andres İnyesta bir ay müddətinə sıradan çıxıb. Simsar.az-ın məlumatına görə, məşhur yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İtaliyanın “Milan” komandası ilə oyun (2:2) zamanı zədələnib. 

İnyesta baldırının arxa əzələsini qırıb. Nəticədə o, 38-ci dəqiqədə yerini Sesk Fabreqasa verməli olub.

Qeyd edək ki, daha öncə “Barselona” Aleksis Sançes itkisi ilə üzləşib. Çilili hücumçu sentyabrın 10-da “Real Sosyedad”la İspaniya çempionatı matçında (2:2) zədələnib. “Barsa”nın zədəlilər siyahısında mərkəz müdafiəçisi Xerard Pike də var.

14 Sentyabr, 2011  17:37 Baxılıb: 1040

Bu bölmədə