Simsar.az | bizi özünüzə Simsar bilin
Moldava həbsxanasından azərbaycanlı fəryadı

AYB üzvü aclıq edib

Moskvada yaşayan və fəaliyyət göstərən, Moldovada həbs olunan Azərbaycan əsilli yazıçı, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eduard Bağırov aclıq elan edib.

Simsar.az-ın məlumatına görə, bu barədə yazıçı dünən axşam öz şəxsi bloqunda bildirib. 

O deyib ki, həbs müddəti 30 sutka uzadılandan sonra bu qərarı verib: “Sentyabrın 14-dən qida qəbulundan imtina etdiyimi bəyan edirəm. Aclıq aksiyası məni bu iylənmiş barakdan buraxana qədər davam edəcək”.

E. Bağırov vurğulayıb ki, həbsdə olduğu 3 ay ərzində onu cəmi bircə dəfə 20 dəqiqəlik dindiriblər. Yazıçı bunun gözdən pərdə asmaq olduğunu vurğulayıb.

Xatırladaq ki, Eduard Bağırov bu il iyunun 16-da Moldovada həbs olunub və Kişinyovda istintaq təcridxanasında saxlanılır. O, 2009-cu ilin aprelində baş verən kütləvi qarşıdurmanın təşkilində ittiham olunur. Əgər günahı sübuta yetirilsə, yazıçını 4 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

14 Sentyabr, 2011  16:30 Baxılıb: 922

Bu bölmədə