Simsar.az | bizi özünüzə Simsar bilin
Çempionlar Liqası çərçivəsində oyunların nəticələri

"Barselona" yenə heç-heçə edib

Sentyabrın 13-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə start verilib. Simsar.az-ın məlumatına görə, ilk oyun günündə 8 görüş baş tutub. 

Onların yarısında heç-heçə qeydə alınıb. Ən məhsuldar qarşılaşma isə günün mərkəzi matçı sayılan “Barselona” – “Milan” oyununa təsadüf edib. Kataloniya təmsilçisi ötən həftəsonu İspaniya çempionatında “Real Sosyedad”la görüşdə etdiyi 2:2 hesablı heç-heçəni yenidən təkrarlayıb – 2:2. Bu oyunda qrup mərhələsinin ən erkən qolu vurulub. Həmin qola 1-ci dəqiqədə “Milan”ın braziliyalı legioneri Aleşandro Pato imza atıb.

“Çelsi” “Bayer” üzərində inamlı qələbə qazandığı halda, APOEL günün sensasiyasına imza atıb. Kipr təmsilçisi Rusiya çempionu “Zenit”ə qalib gəlib. Ukrayna çempionu “Şaxtyor” isə Avropa Liqasının qalibi “Portu”ya yenilib.

13 sentyabr

E qrupu

“Çelsi” (İngiltərə) – “Bayer” (Almaniya) – 2:0
Qollar: David Luis, 67. Xuan Mata, 90+3

“Genk” (Belçika) – “Valensiya” (İspaniya) – 0:0


F qrupu

“Olimpiakos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) – 0:1
Qol: Luço Qonsales, 51
Qırmızı vərəqə: Rod Fanni, 90+1 (“Olimpik”)

“Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə) – 1:1
Qollar: İvan Perişiç, 88 – Robin van Persi, 42

G qrupu

“Portu” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) – 2:1
Qollar: Halk, 28. Kleber, 51 – Luis Adriano, 12
Vurulmayan penalti: Halk, 10 (“Portu”)
Qırmızı vərəqələr: Yaroslav Rakitski, 40. Dmitri Çiqrinski, 80 (hər ikisi “Şaxtyor”)

APOEL (Kipr) – “Zenit” (Rusiya) – 2:1
Qollar: Qustavo Manduka, 73. Aylton, 75 – Konstantin Zıryanov, 63
Qırmızı vərəqə: Brunu Alveş, 76 (“Zenit”)

H qrupu

“Barselona” (İspaniya) – “Milan” (İtaliya) – 2:2
Qollar: Pedro Rodriges, 36. David Vilya, 50 – Pato, 1. Tiaqu Silva, 90+2

“Viktoriya” (Plzen, Çexiya) – BATE (Belarus) – 1:1
Qollar: Marek Bakoş, 45+1 – Renan Bressan, 69

14 Sentyabr, 2011  15:44 Baxılıb: 1131

Bu bölmədə