Simsar.az | bizi özünüzə Simsar bilin
Fərarilər tutuldu

Onlar sentyabrın 13-də hərbi hissəni özbaşına tərk ediblər

Sentyabrın 13-nə keçən gecə Müdafiə Nazirliyinin Tərtərdəki hərbi hissələrindən birindən qaçmış əsgərlər tutulub. “ANS press”in məlumatına görə, polis əməkdaşları Vüsal Əlizadə və Hüseyn Ramazanovu Tərtər rayonu ərazisində saxlayıb.

Şəmkir Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Vüsal Əlizadə (1991-ci ildə anadan olub) və Xətai Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Hüseyn Ramazanovun (1991-ci ildə anadan olub) hərbi hissədən niyə qaçdıqları araşdırılır.

14 Sentyabr, 2011  15:35 Baxılıb: 1223

Bu bölmədə