Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər susmur ki, susmur

Atəşkəs pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, düşmən bölmələri sentyabrın 12-də saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.50-dən 22.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.50-dən 16.05-dək, sentyabrın 14-də saat 03.50-dən 04.00-dək, 04.05-dən 04.10-dək, 05.10-dan 05.15-dək və 05.10-dan 05.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03.50-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

14 Sentyabr, 2011  15:22 Baxılıb: 1125

Bu bölmədə