Simsar.az | bizi özünüzə Simsar bilin
GÜLƏŞÇİMİZ DÜNYA ÇEMPİONU OLDU

Rövşən Bayramov Olimpiadaya lisenziyasını da rəsmiləşdirib

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatına start verilib. Yarışın ilk günü mübarizəyə qoşulan idmançılarımızdan 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Bayramov bütün rəqiblərindən üstün olub və komandamıza London Olimpiadasına ilk lisenziya və ilk qızıl medalı qazandırıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata təmsilçimiz finalda Belarus güləşçisi Elbek Tajıyevi hər iki hissədə 3:0, 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dünya çempionatında ilkin görüşlər Bakı vaxtı ilə saat 15.30-da başlayacaq. Final görüşləri isə 21.30-da start götürəcək və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

13 Sentyabr, 2011  17:01 Baxılıb: 996

Bu bölmədə