Simsar.az | bizi özünüzə Simsar bilin
FENER MÖVSÜMƏ QƏLƏBƏYLƏ BAŞLADI

Türkiyə çempionatında yeni mövsümə start verilib.

2011/12 mövsümünün açılış turunun ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Yeni mövsüm sürpriz nəticə ilə başlayıb. Belə ki, “Eskişehirspor” doğma meydanda “Beşiktaş” üzərində gözlənilməz qələbə qazanıb. Digər iddialı “Trabzonspor” da “Manisaspor” ilə səfər oyununda qələbəni əldən verməsinə üzülüb.

İkinci oyun günündə də böyük sürpriz yaşanıb. Belə ki, "Galatasaray" da mövsümə yenilgiylə başlayıb. "Sarı-qırmızılar" "İstanbul BB" ilə səfər oyununda şok yaşayıblar. "Bursaspor" mövsümə darmadağınla başladığı halda, "Sivasspor" səfərdə "Karabükspor"a yenilib. "Antalyaspor" isə "Gaziantepspor"a minimal hesabla qali gəlib.

Tura bu gün keçirilən "Fenerbahçe" - "Orduspor" oyunu ilə yekun vurulub. "Sarı-lacıvərdlilər" əsas rəqiblərindən fərqli, mövsümə qələbə ilə başlayıblar.



Türkiyə Superliqası



1-ci tur
10 sentyabr



Eskişehirspor – Beşiktaş – 2:1

Qollar: Dieqo, 25, Batuhan, 83 – Almeyda, 45.



Samsunspor – Genclerbirligi – 3:2

Qollar: Bançe, 15, Dominqes, 23, Ehiosun, 38 – Azofeifa, 52, Ozsarac, 90.



Ankaragücü – Mersin İdmanyurdu – 1:2
Qollar: S.Özkan, 86 – Nobre, 48; 56.



Manisaspor – Trabzonspor – 1:1

Qollar: Simpson, 88 - B.Yılmaz, 32.

11 sentyabr



Bursaspor - Kayserispor - 3:0

Qollar: O.İpek, 34, Vederson, 38, Batalya, 64.



Karabükspor - Sivasspor - 2:1
Qollar: Şelton, 13, B.Hikmet, 23-pen - Navratil, 20.



Antalyaspor - Gaziantepspor - 1:0

Qol: U.İnceman, 79.



İstanbul BB - Galatasaray - 2:0
Qollar: E.İnanc, 42, Vebo, 82.

12 sentyabr



Fenerbahçe - Orduspor - 1:0

Qol: Kristian, 31.

13 Sentyabr, 2011  16:01 Baxılıb: 1024

Bu bölmədə