Simsar.az | bizi özünüzə Simsar bilin
ORDUNUN İKİ ƏSGƏRİ HƏRBİ HİSSƏDƏN QAÇIB

Müdafiə Nazirliyinin Tərtər rayonundakı N saylı hərbi hissənin iki əsgəri qaçıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.Tərtər rayon polis şöbəsindən faktı təsdiqləyiblər.

Bildiririblər ki, Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu və Bakı şəhəri Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Hüseyn Ramazanov bu gün səhər saat 6-7 radələrində hərbi hissəni özbaşına tərk ediblər.

Ramazanovun hərbi hissəni tərk edərkən xidməti silahını da özü ilə apardığı bildirilir.

Onların tutulması üçün Tərtər və ətraf rayonlarda postlar qurulub.

Faktla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

13 Sentyabr, 2011  15:55 Baxılıb: 1048

Bu bölmədə