Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi yenidən pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, düşmən qüvvələri sentyabrın 12-də saat 12.15-dən 12.25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, sentyabrın 13-də saat 00.40-dan 00.50-dək və 01.10-dan 01.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.35-dən 02.43-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.

13 Sentyabr, 2011  15:28 Baxılıb: 967

Bu bölmədə