Simsar.az | bizi özünüzə Simsar bilin
ƏSGƏR ÇAYDA BOĞULUB

Azərbaycan Ordusunun əsgəri çayda batıb

Müdafiə nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Fərəcov Firdovsi Çingiz oğlu Tərtər çayında boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, artıq əsgərin meyiti çaydan tapılaraq çıxarılıb.

13 Sentyabr, 2011  14:28 Baxılıb: 846

Bu bölmədə