Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan futbolunda oyun alveri təhlükəsi

UEFA AFFA-ya nümayəndə təyin etdi

Oyun alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün UEFA AFFA-da nümayəndə təyin edib. Simsar.az-ın məlumatına görə, bu, AFFA-nın hüquqşünası Rəmiş Təzəxan oğlu Malıyevdir. 

UEFA-nın qərarına əsasən, təkcə Azərbaycanda deyil, Avropa futbol qurumuna üzv olan digər 52 milli assosiasiyalarda da oyunların alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün şəbəkə yaradılır.

Şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar, 14-15 sentyabrda İsveçrənin Nyon şəhərində UEFA-nın ilk işçi seminarı keçiriləcək. Həmin seminarda Rəmiş Malıyev də iştirak edəcək.

12 Sentyabr, 2011  21:29 Baxılıb: 1066

Bu bölmədə