Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏDƏ KİMYA FABRİKİ YANIR

Türkiyənin Kocaeli vilayətinin Gebze qəsəbəsində fəaliyyət göstərən kimya fabrikində yanğın baş verib.

Səbəbi məlum olmayan yanğın qısa müddət ərzində böyüyüb və partlayışlar başlayıb.Gebze bələdiyyəsinin yanğınsöndürmə briqadaları kifayət etmədiyindən, ətraf qəsəbələrdən də yardıma yanğınsöndürmə dəstələri çağırılıb. Yanğın nəticəsində yaranan qatı tüstü üzündən bəzi avtomobil yolları bağlanıb. Bu səbəbdən qatarların hərəkəti də dayandırılıb.

12 Sentyabr, 2011  21:20 Baxılıb: 917

Bu bölmədə