Simsar.az | bizi özünüzə Simsar bilin
Çimərlik futbolunda Rusiya dünya çempionu oldu

Belə hadisə ilk dəfədir baş verir

Simsar.az-ın məlumatına görə, şimal qonşularımız İtaliyanın Ravenne şəhərində keçirilmiş çempionatın finalında turnirin 13 qat qalibi Braziliyanı yeniblər. 

İlk dövrədə 3:2 hesabı ilə öndə olan rusiyalılar ikinci hissədə fərqi daha da artırıblar – 9:4. Üçüncü dövrədə qonşularımız bir qədər arxayınlaşsalar da, matçı üstün hesabla tamamlaya biliblər - 12:8.

Beləliklə, 16-cı dəfə keçirilən dünya çempionatında əvvəllər finala belə yüksələ bilməyən Rusiya millisi bu dəfə bir oyunda da uduzmadan 44:21 yekun top fərqi ilə qalib olub. 3-cü yeri Salvadoru 3:2 hesabı ilə yenən Portuqaliya tutub. Matçın bombardiri adına isə Braziliya yığmasının üzvü Andre layiq görülüb.

Qeyd edək ki, çimərlik futbolu üzrə dünya çempionluğunu Braziliya və Rusiyadan əlavə, Portuqaliya və Fransa yığmaları da qazanıb.

12 Sentyabr, 2011  20:52 Baxılıb: 991

Bu bölmədə