Simsar.az | bizi özünüzə Simsar bilin
“Lokomotiv”in son üzvü də öldü

Qəzadan sağ çıxan Aleksandr Galimov ölümü ilə qəzada dünyasını dəyişənlərin sayı 44 oldu

Rusiyada ötən həftə baş vermiş təyyarə qəzasında “Lokomotiv” komandasının bir üzvü sağ qalmaqla qalan digər oyunçu heyyəti, həmçinin komandanın baş məşqçisi həlak olub. Komandanın yeganə sağ qalan üzvü də bu gün xəstəxanada həyatını itirib.
Yalnız iki adamın xilas olduğu qəza zamanı bədəninin yüzdə 90 faizi yanan 26 yaşlı Aleksandr Galimov, bu gün səhər Moskva Vishnevsky xəstəxanasında dünyasını dəyişib.
Galimovun ölümü ilə qəzada həyatını itirənlərin sayı 44 nəfərə çatıb.
Çərşənbə günü 45 adamla Yak-42 tipli Rus yolçu təyyarəsi Yaroslavl havalimanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Aynurə

12 Sentyabr, 2011  20:05 Baxılıb: 992

Bu bölmədə