Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda Urmiya aksiyası baş tutmadı

Səfirlik polislər tərəfindən mühasirəyə alınıb

Bu gün bir qrup gənc İranın Azərbaycandakı səfirliyinin qarşısında Urmiya gölünün qurudulmasına və bəzi İran kütləvi informasiya vasitələrinin Azərbaycan xalqına qarşı təhqiredici fikirlər yaymasına etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd göstərib. ANS TV-nin məlumatına görə, hələ aksiya başlamamış səfirlik ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə çox sayda polis əməkdaşları cəlb edilib. Təxminən 20-25 gəncdən ibarət olan qrup İçərişəhər metrosstansiyasının qarşısında toplaşıb. Lakin polis onların buradan səfirliyə tərəf hərəkət etməsinə imkan verməyib və onları Filormaniya bağına tərəf sıxışdırıb.

Gənclər “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” kimi şüarlar səsləndiriblər, aksiya iştirakçılarından saxlanan olmayıb.

12 Sentyabr, 2011  19:22 Baxılıb: 918

Bu bölmədə