Simsar.az | bizi özünüzə Simsar bilin
POLİS POLKOVNİK-LEYTENANTI YOL QƏZASINDA ÖLDÜ

Hacıqabul rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtoqəza sentyabrın 10-da saat 00:20 radələrində Xocalı rayon sakini Zahid Məmmədovun idarə etdiyi "KamAZ" markalı və Ağdam rayon sakini İlham Şükürovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. 
Nəticədə İ.Şükürovun sərnişinlərindən Yaşar Muradov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri Anar Muradov, Şahin Əmirov isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Polis polkovnik-leytenantı olan Yaşar Muradov uzun illər Ağdam Rayon Polis Şöbəsində çalışıb. Hazırda isə o, Ağdan Rayon Mühafizə Polisində işləyirmiş./apa

10 Sentyabr, 2011  19:59 Baxılıb: 1203

Bu bölmədə