Simsar.az | bizi özünüzə Simsar bilin
Oruc Zalov bir daha dediyinə aydınlıq gətirdi

"Polis üzərinə düşən vəzifəni yerinə yetirib"

“Ölkə prezidentinin sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı verdiyi göstərişdən sonra polis qeydə alınmış evlərdə yaşayan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib”.

APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda çıxışında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. O bildirib ki, sənədsiz evlərin qanuni tikilib-tikilməməsini müvafiq icra hakimiyyəti qurumları, bələdiyyələr müəyyənləşdirir və evlərin sənədləşməsi bu qurumlar tərəfindən rəsmiləşdirildikdən sonra polis orqanları həmin evlərdə yaşayan vətəndaşları şəxsiyyət vəsiqələri ilə təmin edir: “Biz bu məsələ ilə bağlı cənab Prezidentin göstərişindən sonra üzərimizə düşən vəzifəni layiqincə yerinə yetiririk”.

Daxili işlər nazirinin müavini ölkə prezidentinin göstərişinə qədər polis orqanlarının bəzən qeydiyyatsız şəxslərə şəxsiyyət vəsiqəsi verərkən problemlə üzləşdiyini, bu zaman həmin adamların ünvanı kimi polis qurumlarının ünvanının göstərildiyini söyləyib.

Qeyd edək ki, dünən bəzi kütləvi informasiya vasitələri Oruc Zalovun bu məsələ ilə bağlı fikirlərini yayımlayarkən müəyyən təhriflərə yol verib.

10 Sentyabr, 2011  16:54 Baxılıb: 1314

Bu bölmədə