Simsar.az | bizi özünüzə Simsar bilin
Urmiya fəlakət astanasında

Sakinlərlə hökumət məmurları arasında toqquşma olub

Simsar.az-ın məlumatına görə, sentyabrın 10-da şəhərdə Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etiraz aksiyası keçiriləcək. Bununla bağlı önləyici tədbir görmək istəyən hakimiyyət Urmiyaya əlavə təhlükəsizlik qüvvələri gətirir. Həmin qüvvələrdən növbəti qrupu şəhərə gələrkən Urmiya hava limanında əməkdaşlardan biri onlardan gəlişin məqsədini soruşub. 

Hökumət qüvvələri təmsilçisinin “türkləri adam eləməyə gəlmişik” cavabı hava limanının işçiləri və ətrafdakı yerli sakinlərin heysiyyatına toxunub və onlar sərt etirazlarını bildiriblər. Təhlükəsizlik qüvvələri əməkdaşları ilə urmiyalılar arasında toqquşma baş verib.

Baş vermiş insident itkisiz ötüşüb, lakin şəhərdə gərginlik hələ də qalır.

10 Sentyabr, 2011  15:32 Baxılıb: 963

Bu bölmədə