Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozulub

Ermənilər atır

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 9-da saat 16.00-dan 16.25-dək və 22.00-dan 22.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 12.15-dən 12.25-dək və 22.30-dan 22.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək və sentyabrın 10-da saat 03.00-dan 03.15-dək Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

10 Sentyabr, 2011  14:27 Baxılıb: 1009

Bu bölmədə