Simsar.az | bizi özünüzə Simsar bilin
Televiziyaların müğənni siyasəti tənqid olundu

Nuşirəvan Məhərrəmli: Azərbaycan televiziyalarında verilişlərə orta məktəblərdə müsbət göstəriciləri olmayan müğənniləri dəvət edirlər

Azərbaycan televiziyalarında çox vaxt verilişlərə orta məktəblərdə, cəmiyyətdə müsbət göstəriciləri olmayan müğənniləri dəvət edirlər. Trend-in məlumatına görə, bunu cümə günü telekanallarda ədəbi dilin qorunması ilə bağlı açıqlanan monitorinqin nəticələrinə dair keçirilən tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

"Telekanallarda çox vaxt verilişlərə müğənniləri dəvət edirlər. Orta məktəblərdə, cəmiyyətdə müsbət göstəriciləri olmayan və mənfi cəhətləri ilə fərqlənən insanları cəmiyyətə nümunə kimi təqdim edirlər. Bu, arzuolunmaz haldır", - Məhərrəmli əlavə edib.

9 Sentyabr, 2011  22:26 Baxılıb: 1055

Bu bölmədə