Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda marşrut avtobusu aşdı

Ölən və yaralanan var

Bakıda sərnişin avtobusu aşıb. APA-nın məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində “Əzizbəyov” metrostansiyası-aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən ərazisində qeydə alınıb.

89 saylı xətt avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, hadisə zamanı yaralananlardan 5-nin vəziyyəti ağırdır. Hazırda həmin şəxslərin kimliyi müəyyənləşdirilir.

9 Sentyabr, 2011  21:37 Baxılıb: 881

Bu bölmədə