Simsar.az | bizi özünüzə Simsar bilin
İnterpol qərar verdi

Qəddafi həbs olunsun

“İnterpol” Liviya lideri Müəmmər Qəddafi və oğlu Seyfülislam Qəddafi, o cümlədən Liviya kəşfiyyatının keçmiş rəhbəri Abdull əl-Senussinin həbsi barədə beynəlxalq order verib. Simsar.az-ın ‘lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsi sentyabrın 8-də bununla bağlı “İnterpol”a müraciət edib. 

Qeyd edək k, dünən Liviyada qiyamçıların qurduqları Milli Keçid Şurasının rəsmi təmsilçisi Anis Şərif Müəmmər Qəddafinin gizləndiyi yeri müəyyənləşdirdiklərini və yaxın vaxtlarda onu ölü, yaxud diri ələ keçirəcəklərini bəyan edib.

9 Sentyabr, 2011  20:56 Baxılıb: 988

Bu bölmədə