Simsar.az | bizi özünüzə Simsar bilin
Ayaz Mütəllibovun adı hallanan qəza barədə rəsmi açıqlama

Ana ölməyib

Daxili İşlər Nazirliyi Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun nəvəsinin törətdiyi dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də saat 12.20 radələrində Suraxanı rayonu ərazisində, şəhər sakini Mədinə Mütəllibova "Lexus GS 300" markalı avtomaşını idarə edərkən şəhər sakinləri Məhərrəm Hüseynovu, onun həyat yoldaşı Solmazı və 4 yaşlı nəvəsi Nihadı vurub. Xəsarət alan M. Hüseynov və Nihad xəstəxanaya aparılarkən yolda ölüblər. Solmaz Hüseynova isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Qeyd edək ki, yol qəzasını törədən 19 yaşlı M.Mütəllibova anasının adına olan maşınla qəza törədib. O, eks-prezidentin kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

9 Sentyabr, 2011  20:56 Baxılıb: 1013

Bu bölmədə