Simsar.az | bizi özünüzə Simsar bilin
Cavan oğlan güllələndi

O, hadisə yerində öldü

Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İsmayıl Qutqaşınlı küçəsi 102 ünvanının qarşısında 1981-ci il təvəllüdlü Məmmədov Taleh Arif oğlu güllələnib.

Məlumata görə, “VAZ-2107” ilə hərəkət edən T.Məmmədovun qarşısını naməlum şəxslər kəsib və ona tapançadan atəş açıb. 30 yaşlı oğlan hadisə yerində ölüb.

Hazırda hadisə yerində hüquq mühafizə orqanları araşdırma aparır.

9 Sentyabr, 2011  16:18 Baxılıb: 1073

Bu bölmədə