Simsar.az | bizi özünüzə Simsar bilin
31 yaşlı məhbus intihar etdi

O, 5 dəfə tutulub

Sentyabrın 9-da saat 04 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində intihar hadisəsi baş verib.


 Hüquq-mühafizə orqanlarından Simsar.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisindəki 11 saylı Cəzaçəkmə Müəssisəsində 1980-ci il təvəllüdlü Şabanov Nurlan Şıxəli oğlu özünü öldürüb. O, müəssisənin tibb məntəqəsindəki pəncərənin dəmirindən ip keçirərək özünü asıb.


Qeyd edək ki, 31 yaşı olmasına baxmayaraq N.Şabanov 5-ci dəfə məhkumluq həyatı yaşayırmış. Sonuncu dəfə Suraxanı rayon Məhkəməsi tərəfindən 2 il 3 ay müddətə azadlıqdan məhrum edilən N.Şabanov iyulun 28-də 11 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilibmiş.

9 Sentyabr, 2011  15:57 Baxılıb: 1154

Bu bölmədə