Simsar.az | bizi özünüzə Simsar bilin
HAKAN ŞÜKÜR MİŞEL PLATİNİNİ SƏRT İTTİHAM ETDİ!

"Qalatasaray"ın keçmiş kapitanı olan Hakan Şükür UEFA prezidenti Mişel Platinini ittiham edən bəyanatlarla çıxış edib.

Hazırda deputat olan H.Şükür, UEFA prezidentinin Türkiyə əleyhinə həddindən artıq sərt mövqe tutduğunu deyib.O əlavə edib ki, M.Platini UEFA-da Avropa klublarına əməlli-başlı lobbiçilik edir. M.Platininin "Fənərbaxça"nı bəhanə edərək türk klublarına qarşı aqressiv mövqedən çıxış etməsini H.Şükür qəbuledilməz adlandırıb.

9 Sentyabr, 2011  02:06 Baxılıb: 1089

Bu bölmədə