Simsar.az | bizi özünüzə Simsar bilin
"MANÇESTER SİTİ" VƏ "ÇELSİ"YƏ EMBARQO

İngiltərənin "Mançester Siti" və "Çelsi" futbol klublarına qarşı ciddi qadağalar qoyula bilər.

İngiltərə Futbol Federasiyası, (İFF) ərəb iş adamı Şeyx Mansur və rusiyalı digər bir iş adamı Roman Abramoviçin transferlərə həddindən artıq pul xərcləmələrinə qarşı çıxaraq, mövsud kriteriyadan çox transferlərə pul xərcləyən bu iki futbol klubuna qarşı sərt sanksiyalar tətbiq etmək fikrindədir. İngiltərə mətbuatı yazır ki., hazırda artıq hər iki klubla bağlı İFF-də müvafiq araşdırmalara başlanılıb. Məlumata əsasən, Şeyx Mansur "Mançester Siti" klubunun səhmlərini satın aldıqdan sonra bu kluba 1 milyard funt-sterlinqə qədər sərmayə ayırıb. Bu pulun çox hissəsi isə daha çox transferlərə xərclənib. R.Abromoviç isə Fernando Torresi keçən mövsüm "Liverpul"dan 50 milyon avroya transfer etdiyi üçün tənqid hədəfinə çevrilib.

9 Sentyabr, 2011  00:17 Baxılıb: 939

Bu bölmədə